12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın qeyri-neft ixracının 35 faizi Rusiyanın payına düşür

"Son zamanlar Rusiya-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir. İldən-ilə bu inkişaf özünü göstərir. İqtisadi əlaqələr daha çox qeyri-neft sektoru, texnologiyalar, kənd təsərrüfatı, aqrar sektor, istehsal, xidmət ixracı, turizm istehsalı, yəni bu cəhətdən baxsaq əlaqələr kifayət qədər zəngin və çox çeşidlidir".

Millət vəkili Tahir Mirkişili ölkələrarası iqtisadi əlaqələri şərh edərkən deyib ki, bu günədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollara, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollara yaxın investisiya qoyub. Bu gün Azərbaycanın qeyri-neft ixracının təxminən 35 faizi, kənd təsərrüfatı məhsullarımızın ixracının isə 90 faizi Rusiyanın payına düşür. Rusiyaya bitki mənşəli məhsullar ixrac edən ölkələr arasında isə Azərbaycan 5-ci yerdədir".

T.Mirkişili hesab edir ki, iki ölkənin biznes subyektləri arasında müasir biznesin tələb etdiyi formada əməkdaşlıq formalarının yaranmasına ehtiyac vardır. Bu, ötən ay keçirilən forumda müzakirə olunan əsas məsələlərdən olub: "Təcrübə göstərir ki, ölkələr arasında münasibətlərin inkişafında təkcə siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olması kifayət eləmir. Bu əlaqələrin daha dayanıqlı, etibarlı olması üçün münasibətlər humanitar, etimad yaradan dəyərlərlə müşayiət olunmalıdır. Bu gün Rusiya-Azərbaycan münasibətləri tarixdə heç zaman olmadığı qədər yüksək səviyyədədir. İndiyədək görülən işlər, qarşılıqlı əlaqə və bağların kifayət qədər inkişaf etdirilməsi çox mühüm səylərin nəticəsində mümkün olub. Dövlətlərarası münasibətlər o zaman əsl dostcasına və dayanıqlı olur ki, üç sütun: iqtisadi, siyasi və humanitar dayaqlar üzərində qurulsun. Bu cəhətdən son zamanlar qonşu ölkəyə səfərlər hər üç komponenti özündə birləşdirməklə Azərbaycan-Rusiya münasibətlərini gələcəkdə daha çox qırılmaz, dönməz, hər iki xalqın mənafeyinə xidmət edə biləcək sağlam münasibət səviyyəsinə gətirib çıxarır. Dəyişkən dünyada bu cür münasibət qurmaq hər bir dövlət liderinə nəsib olmur. Bu, əldə etdiyimiz çox böyük uğurdur".

Millət vəkili bu fikirdədir ki, iki ölkə arasında iqtisadi əlaqələri əks etdirən rəqəmlər mövcud potensialı tam əks etdirmir. Onun sözlərinə görə, son forumda sahibkarlar arasında bağlanan çoxsaylı müqavilələr, bütövlükdə sənayenin inkişafı ilə əlaqədar yeni istiqamətlərin müəyyən olunması deməyə əsas verir ki, Rusiya-Azərbaycan iqtisadi münasibətləri bundan sonra daha da böyüyəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?