7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kərə yağının idxalına aşağı gömrük rüsum həddinin müddəti uzadılıb

Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalar üçün aşağı gömrük rüsum həddinin müddəti daha iki il uzadılıb. Bu haqda Nazirlər Kabinetinin 4 dekabr tarixli "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsini nəzərdə tutan qərarında qeyd olunub.

Qərara əsasən, ölkəyə idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb. Bu addım kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün atılıb.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycana gətirilən kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalara 5 faizlik gömrük rusumu tətbiq olunub. Bundan əvvəl həmin məhsulların idxalından 15 faizlik gömrük rüsumu alınırdı.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?