26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Çin Xarici İnvestisiyalar Sərgisinin mükafatına layiq görülüb

Azərbaycan Pekində keçirilmiş 11-ci Çin Xarici İnvestisiyalar Sərgisinin (COIFAIR) mükafatına layiq görülüb. Çinin ən mühüm dövlət qurumlarından biri olan Milli İnkişaf və İslahatlar Komissiyasının (NDRC) tabeliyində fəaliyyət göstərən Çin Xarici İnkişaf Assosiasiyasının təşkil etdiyi sərgi Çindən investisiya cəlb edilməsi və Çin bazarına məhsulların çıxarılması baxımından önəmli platforma hesab edilir. Sərgi zamanı ölkəmizin ixracyönümlü alkoqollu və alkoqolsuz içkiləri nümayiş etdirilib. Azərbaycana investisiya yatırmaqda və ölkəmizdən məhsul idxal etməkdə maraqlı olan şirkətlərlə danışıqlar aparılıb.

Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsinin aparatı sərginin rəsmi tərəfdaşlarından biri olub. Sərgi çərçivəsində keçirilmiş "Xəzər gecəsi" adlı rəsmi ziyafətinin sponsoru Azərbaycan şərablarının Çindəki distribüteri "Guangzhou Heyran International Trading Co.,Ltd" şirkəti olub. Ziyafət boyunca qonaqlara Azərbaycan şərabları təqdim olunub, Azərbaycan musiqisi ifa edilib və ölkəmiz haqqında videolar nümayiş etdirilib.

Sərginin mükafatlandırma mərasimində Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsinin aparatı "Ən yaxşı tərəfdaş", "Guangzhou Heyran International Trading Co.,Ltd" şirkəti isə "Ən yaxşı sponsor" mükafatlarına layiq görülüb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?