11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə sektorunda islahatlar davam edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə institusional islahatlarla yanaşı, ölkədə kadr islahatları, dövlət qurmlarının fəaliyyətində dinamikliyin artırılması və çevikliyin təmin edilməsi, iqtisadiyyatın artan inkişaf templəri ilə ayaqlaşması üçün struktur islahatları davam etdirilir.

Millət vəkili Vahid Əhmədov inkişafa islahatların davamlı olması ilə nail olmağın mümkünlüyünü bildirib: "Müəyyən nazirliklər, komitələr birləşdirilir, bəzi qurumlar ləğv edilir və yeniləri yaradılır. Bunlar gözlənilən idi. İndi yeni baş nazir təyin olunub, onun da bu istiqamətdə müəyyən fikirləri var. Bizim əsas məqsədimiz islahatlar yolu ilə ölkədəki problemləri aradan qaldırmaq və iqtisadi inkişafa nail olmaqdır".

Vahid Əhmədovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi maliyyə sahəsində aparılan islahatların mühüm tərkib hissəsidir. Palatanın yaradılmasında məqsəd bank sistemində sağlamlaşdırma prosesinin həyata keçirilməsi, kredit faizlərinin müəyyən dərəcədə aşağı salınması idi. Lakin Palatanın fəaliyyəti dövründə bank sistemində ciddi dəyişikliklər baş vermədi: "Təəssüflər olsun ki, iki il müddətində irəliləyişlər olmadı və bank sistemi işini köhnə qaydada davam etdirir. Ona görə də dövlət başçısı bu qurumu ləğv edib səlahiyyətlərini Mərkəzi Banka verdi".

Vahid Əhmədov bildirib ki, problemli kreditlərin həlli ilə bağlı dövlət bank sektoruna ciddi maliyyə yardımı göstərdi, 600 milyon manatdan çox vəsait ayrıldı. Bütün bunlara baxmayaraq bank sistemində ciddi dəyişiklik baş vermədi. Ölkə başçısı dəfələrlə kredit faizlərinin yüksək olmasından, bankların sahibkarlığın maliyyələşdirilməsinə yox, daha çox istehlak kreditlərinə üstünlük verməsindən narazılığını bildirib.

Millət vəkili Rüfət Quliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını o vaxt üçün zəruri hesab etdiyini bildirib: "Bu gün artıq o quruma ehtiyac yoxdur. Ölkədə ciddi kadr və struktur islahatları aparılır və bu maliyyə sferasında da getməlidir. Palatanın funksiyalarını Mərkəzi Bank həyata keçirəcək". Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısında duran vəzifələrdən biri də valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası idi. Lakin Palata bir neçə il ərzində bunu da reallaşdıra bilmədi.

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?