19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ilə Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsinə dair saziş imzalanıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Moskvada keçirilən X Rusiya – Azərbaycan Regionlararası Forumunda iştirak edib. Forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıb.

Tədbir zamanı assosiasiya ilə Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin "İşgüzar Rusiya" (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair razılıq əldə olunub.

Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsi, partnyorluq əlaqələrinin qurulması, uzunmüddətli, effektiv və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə Rusiyanın Turizm Komitəsinin "İşgüzar Rusiya" Ümumrusiya İctimai Təşkilatı ilə əməkdaşlığa dair saziş imzalanıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?