6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı sahəsi üzrə elan edilmiş ilk qrant müsabiqəsinin detalları açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinin detalları açıqlanıb. Nazirlikdən verilən məlumata görə, bununla bağlı Aqrar Tədqiqatlar Mərkəzində tədbir keçirilib. Tədbirdə Nazir müavini İlham Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Nazirliyin Fermerlər, Assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

İ.Quliyev bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir. Onun sözlərinə görə, dövlət başçısının aqrar sahəyə diqqət və qayğısı nəticəsində kənd təsərrüfatının bütün sahələrində artım qeydə alınıb. İ.Quliyev qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürür. Son vaxtlar ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Nazirlik müxtəlif sahələrdə yaradılmış assosiasiyalarla mütəmadi görüşlər keçirir və ictimai birliklər tərəfindən qaldırılan məsələləri operativ həll edir.

F.Qurbanov isə bildirib ki, qarşıda duran tapşırıqları layiqincə yerinə yetirmək və dövlət dəstəyini yüksək səviyyədə təşkil etmək üçün bu il Şura tərəfindən müxtəlif dövlət qurumları ilə birgə qrant müsabiqəsinin keçirilməsi barədə qərar qəbul edilib: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə qrant müsabiqəsinin elan edilməsi ilə bağlı 20-ə qədər dövlət qurumuna müraciət edib. Birinci mərhələdə Şura ilə birgə qrant müsabiqəsində 18 dövlət qurumu iştirak edir. Ümumilikdə, qeyri-hökumət təşkilatlarının müzakirəsinə 98 mövzu təqdim edilib. Ən çox müsabiqə mövzusu məhz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan olunan qrant müsabiqəsindədir. Belə ki, Nazirlik tərəfindən Şuraya kənd təsərrüfatı sahəsi ilə bağlı 17 mövzu təqdim edilib. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan etdiyimiz qrant müsabiqəsi üzrə 34 layihə və proqramın dəstəklənməsi nəzərdə tutulur. Bu layihə və proqramlar kənd təsərüfatının daha da inkişafına yönəlib".

Daha sonra birgə qrant müsabiqəsində müraciət qaydalarını özündə əks etdirən video çarx nümayiş etdirilib.

Qeyd edək ki, noyabrın 20-dən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərdən təkliflərin qəbuluna başlayıb. QHT-lərdən qrant müsabiqəsində iştirakla bağlı təkliflər dekabrın 16-dək qəbul ediləcək. QHT-lər tərəfindən təqdim olunan təkliflər 3 mərhələdə qiymətləndirildikdən sonra qalib layihələrin maliyyələşməsinə başlanılacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?