22 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ödəniş kartları ilə bağlı müraciətlər 24 saat fasiləsiz qəbul ediləcək

Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib. Bu, Mərkəzi Bankın İdarə Heyətinin "Ödəniş kartlarının emissiyası və istifadə qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, ödəniş kartının üzərində müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonları olmalıdır. İndiyə qədər ödəniş kartının üzərində sadəcə, emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonlarının olması tələbi olub.

Emitent kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxsdir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?