19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə aparılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti Forum keçirilib. "Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda təşkil olunmuş Forumda KOBİA-nın, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, eləcə də müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Forumda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların maliyyələşdirmə mexanizmləri barədə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov, Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında maliyyələşdirmə mexanizmləri, KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi tədbirləri barədə məlumat veriblər.

Forum çərçivəsində müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi maliyyə xidmətlərinin sərgisi təşkil olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?