19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünyada ölkəmizin turizm sahəsinə maraq genişlənir

Oktyabrın 30-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüşüb. Agentlikdən verilən məlumata görə, heyətin ölkəyə səfəri ABŞ-ın Azərbaycandakı, Azərbaycanın ABŞ-dakı səfirliklərinin, "Azərbaycan Hava Yolları"nın (AZAL) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub. Məqsəd Bakı-Nyu-York reysinin fəaliyyətinə təkan vermək, ABŞ-da Azərbaycanın turizm potensialı haqqında məlumatlılığı artırmaq və turizm sahəsində özəl sektor nümayəndələri arasında əlaqələr qurmaqdır.

Görüş zamanı qonaqlara Azərbaycanda yəhudi irsi barədə, həmçinin ölkənin multikulturalizm siyasəti və Azərbaycan xalqının tolerantlıq ənənələri haqqında geniş məlumatlar verilib. Fuad Nağıyev tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini fərqləndirən gözəl bir ənənə halına gəldiyini bildirib. Xarici qonaqlar, öz növbələrində, ABŞ-da Azərbaycan haqqında təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.

Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər. Qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8 faiz artım deməkdir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?