18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda qida məhsulları istehsalının artırılması planlaşdırılır

Azərbaycan 2023-сü ildə unun istehsalını 1.689,7 min tona çatdıracaq ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 4 faiz çoxdur. "APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 1.625,9 min ton un istehsal olunacağı nəzərdə tutulub. Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə ölkədə 1.645 min ton, 2021-ci ildə – 1.651,5 min ton, 2022-ci ildə isə 1.668 min ton unun istehsal olacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 1.602,9 min ton un istehsal edilib. Ümumiyyətlə, ölkədə 2023-cü ilə üçün bir sıra qida məhsulları üzrə artım proqnozlaşdırılır.

Azərbaycanda qida məhsullarını istehsalı üzrə proqnoz göstəriciləri:

Qida məhsullarının istehsalı (növ üzrə)

2018-ci il

2019-cu il

2020-ci il

2021-ci il

2022-ci il

2023-cü il

Mal əti (min ton)

130,9

136,1

141,6

147,2

153,1

159,3

Quş əti (min ton)

98

100,7

103

105,3

108,2

109,9

Meyvə və tərəvəz şirələri

(min dkl)

965,8

1.066,8

1.123

1.187,9

1.254,1

1.383,2

Emal edilmiş duru süd (min ton)

921

939,6

972,5

1.016,5

1.060,5

1.098,9

Qənd-rafinad və şəkər tozu (min ton)

203,1

286,3

299,8

333,5

385,2

431,6

Kərə yağı (min ton)

23,6

24,2

24,9

25,3

26,1

26,8

Pendir və kəsmik (min ton)

50,1

52,1

53,7

54,6

56,3

57,6

Bitki yağları (min ton)

71,1

73,2

76,9

84,6

97,3

107

Un (min ton)

1.602,9

1.625,9

1.645

1.651,5

1.668

1.689,7

Çörək və çörək-bulka məmulatları (min ton)

1.235

1.247,4

1.259,5

1.268,9

1.278

1.293,3

Xörək duzu (min ton)

64,4

71

72,7

73,4

73,9

74,4

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri