Azərbaycan 2023-сü ildə unun istehsalını 1.689,7 min tona çatdıracaq ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 4 faiz çoxdur. "APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 1.625,9 min ton un istehsal olunacağı nəzərdə tutulub. Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə ölkədə 1.645 min ton, 2021-ci ildə – 1.651,5 min ton, 2022-ci ildə isə 1.668 min ton unun istehsal olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 1.602,9 min ton un istehsal edilib. Ümumiyyətlə, ölkədə 2023-cü ilə üçün bir sıra qida məhsulları üzrə artım proqnozlaşdırılır.
Azərbaycanda qida məhsullarını istehsalı üzrə proqnoz göstəriciləri:
Qida məhsullarının istehsalı (növ üzrə) |
2018-ci il |
2019-cu il |
2020-ci il |
2021-ci il |
2022-ci il |
2023-cü il |
Mal əti (min ton) |
130,9 |
136,1 |
141,6 |
147,2 |
153,1 |
159,3 |
Quş əti (min ton) |
98 |
100,7 |
103 |
105,3 |
108,2 |
109,9 |
Meyvə və tərəvəz şirələri (min dkl) |
965,8 |
1.066,8 |
1.123 |
1.187,9 |
1.254,1 |
1.383,2 |
Emal edilmiş duru süd (min ton) |
921 |
939,6 |
972,5 |
1.016,5 |
1.060,5 |
1.098,9 |
Qənd-rafinad və şəkər tozu (min ton) |
203,1 |
286,3 |
299,8 |
333,5 |
385,2 |
431,6 |
Kərə yağı (min ton) |
23,6 |
24,2 |
24,9 |
25,3 |
26,1 |
26,8 |
Pendir və kəsmik (min ton) |
50,1 |
52,1 |
53,7 |
54,6 |
56,3 |
57,6 |
Bitki yağları (min ton) |
71,1 |
73,2 |
76,9 |
84,6 |
97,3 |
107 |
Un (min ton) |
1.602,9 |
1.625,9 |
1.645 |
1.651,5 |
1.668 |
1.689,7 |
Çörək və çörək-bulka məmulatları (min ton) |
1.235 |
1.247,4 |
1.259,5 |
1.268,9 |
1.278 |
1.293,3 |
Xörək duzu (min ton) |
64,4 |
71 |
72,7 |
73,4 |
73,9 |
74,4 |