14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açır

"Bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır". 

Bu fikirləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə səsləndirib. Ölkə başçısı islahatların yaxşı nəticələr verdiyini vurğulayıb. Qeyd edib ki, bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı: "Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb".

Prezidentin səsləndirdiyi mesajlara münasibət bildirən millət vəkili Tahir Mirkişili özəl sektorun iqtisadiyyatda payının daha da artırılmasının vacibliyini vurğulayıb: "Dövlət başçısı sahibkarlıq fəaliyyətinin inkişafına, bu inkişaf ilə bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi. Azərbaycanın ümumi daxili məhsulunda 85 faizlik paya sahib olan özəl sektor iqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir. Bu, aparılan iqtisadi islahatların əsas hədəflərindən biridir. Məhz bu hədəf ölkə iqtisadiyyatının sürətli inkişafını, yeni iş yerlərinin açılmasını, iqtisadiyyata daha çox investisiyaların qoyulmasını, insanların maddi rifah halının daha da yaxşılaşmasını təmin edəcək. Buna mane olan hər bir qüvvə dövlətə və xalqa qarşıdır".

Millət vəkili əlavə edib ki, aparılan islahatlar, şəffaflaşma, vergi ödənişində yüksək etimad mühitinin yaradılması istiqamətində görülən işlər hesabına əldə olunan nəticələr, sosial sahədə islahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açıb. Eyni zamanda daha sürətli inkişaf üçün böyük ehtiyatların olması da nəzərə alınaraq bu sahənin peşəkar, Vətənə bağlı kadrlara həvalə olunması yaxın gələcəkdə iqtisadiyyatda daha sürətli artımı təmin edəcək.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?