19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət büdcəsinin gəlirləri artdıqca sosial sahəyə daha çox vəsait yönəldilir

2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, ölkədə iqtisadi artım təmin edilib. Bu dövr ərzində qeyri-neft sektorunda 3 faiz, kənd təsərrüfatında 7 faiz, ümumilikdə qeyri-neft sənayesində isə 15 faizdən çox artım qeydə alınıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir.

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə səsləndirilən fikirləri şərh edən millət vəkili Aydın Hüseynov qeyd edib ki, dövlət büdcəsi hər bir vətəndaşın, eləcə də dövlətin güvən yeridir. Onun sözlərinə görə, dövlət büdcəsini formalaşdıran vergi və gömrük sisitemində aparılan islahatlar, qanunvericilik bazasındakı dəyişikliklər artıq öz nəticəsini verib. Təsadüfi deyil ki, gömrük və vergi orqanları tərəfindən doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edilib: "Hər bir vergi ödəyicisinin öhdəliklərini yerinə yetirməsi dövlət büdcəsinin gəlirlərinin formalaşmasını təmin edir. Bu sahədə şəffaflığın təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi büdcə gəlirlərinin də artmasına təsir göstərir. Bundan başqa, müşavirədə dövlət başçısı çox ciddi tapşırıqlar verdi ki, büdcə xərclərinin şəffaflığı təmin edilsin. Hər hansı layihələr həyata keçirilərkən şişirdilmiş rəqəmlərin göstərilməməsi tapşırıq kimi qarşıya qoyuldu. Bütün bunlar dövlət büdcəsindən səmərəli şəkildə, qənaətlə istifadəni təmin edir ki, bu da sosial sahəyə daha çox maliyyə vəsaiti yönəltməyə imkan verir".

Aydın Hüseynovun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri artdıqca, ölkənin maliyyə imkanları genişləndikcə bu vəsaitlər birinci növbədə sosial istiqamətə, vətəndaşların sosial rifah halının yüksəldilməsinə yönəldilir: "2019-cu ilin əvvəlindən böyük sosial tədbirlərin şahidi oluruq. Cənab Prezidentin sərəncamı ilə böyük sosial paket öz həllini tapdı. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılaraq 130 manatdan 250 manata çatdırıldı. Pensiya isə 116 manatdan 200 manata qaldırıldı. Bundan başqa, müavinətlər və təqaüdlər artırıldı. 4 milyon 200 min vətəndaşı əhatə edən bu sosial tədbirlərin həyata keçirilməsi üçün 4 milyard manata yaxın vəsait ayrıldı. Əhəmiyyətli məqamlardan biri də odur ki, sosial sahəyə bu qədər böyük vəsait ayrılmasına baxmayaraq, ciddi inflyasiya baş vermədi".

Səbuhi TURAN

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?