19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 400 mindən çox xarici vətəndaş gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 22,0 faizi Gürcüstan, 9,7 faizi Türkiyə, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edir.

Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,0 faiz), Hindistan (70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42,0 faiz), Filippin (39,4 faiz), Macarıstan (34,8 faiz), Polşa (32,0 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27,0 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları arasında qeydə alınıb.

Cari ilin 9 ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,0 faiz artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3 faiz artaraq 880,9 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?