14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni iqtisadi islahatlar mərhələsi başlayır

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş növbəti iqtisadi müşavirədə qaldırılan məsələlər ictimaiyyət arasında geniş əks-səda doğurub.

İqtisadçı ekspert Vüqar Bayramov müşavirə ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, ölkə Prezidentinin yanında keçirilən müşavirə bir sıra mühüm məqamlara görə yaddaqalan oldu: "Əvvəla, müzakirənin formatı, müzakirə edilən məsələlər və 2019-cu ilin 9 ayı ərzində əldə edilən uğurların qeyd edilməsi ilə Prezident tərəfindən qarşıda duran çağırışlar və bu çağırışların həlli istiqamətində konkret prioritetlər müəyyənləşdirildi. 2019-cu ilin 9 ayının iqtisadi yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatı proqnozlaşdırılan artım tempini qoruyub saxlayıb. Xüsusən qeyri-neft sektoru üzrə artım daha yüksək olub. Qeyri-neft sektoruna aid ÜDM-də 3 faiz artım, qeyri-neft sənayesi üzrə ÜDM-də isə 15 faiz artım qeydə alınıb ki, bu da iqtisadi inkişafın və iqtisadiyyatda əldə edilən artımın mərhələli şəkildə neft sektorunun qeyri-neft sektoruna transfer olunması anlamına gəlir. Bu, ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artımda artıq dominant təsir göstərir. Xüsusilə qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksək olduğunu nəzərə alsaq, bu göstərici kifayət qədər pozitivdir və əslində, 2015-ci ildən sonra dərinləşmiş islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsi ilə bağlı islahatlarda artıq real nəticələrin alınması deməkdir. Digər sektorlarda - istər aqrar, turizm, istərsə də xidmət sektorunda artım tempinin proqnozlaşdırılandan daha çox olması, makroiqtisadi sabitliyin qorunub saxlanılması geridə qalan ayların əsas iqtisadi göstəricilərinin nəticələri kimi xarakterizə olunmalıdır. Çünki qlobal ticari və iqtisadi savaşlar fonunda iqtisadi şokların artdığı bir dövrdə Azərbaycan iqtisadiyyatında, qeyri-neft sektorunda artımın proqnozlaşdırılandan daha çox olması pozitiv məqamdır. Bu o deməkdir ki, islahatlar birmənalı şəkildə qeyri-neft sektorunun inkişafına xidmət edir".

V.Bayramov bildirib ki, müşavirədə mühüm məqamlardan biri ölkə Prezident tərəfindən islahatların davamlı olması və bu islahatların artıq yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanatı idi: "Söhbət, təbii ki, kadr islahatlarının davam etdirilməsi, daha çevik kadr siyasətinin reallaşması və büdcə gəlirlərində şəffaflığın gücləndirilməsi ilə bağlıdır. Prezident büdcə xərclərinin şişirdilməsi hallarının qarşısının alınması, büdcənin şəffaflığı ilə bağlı konkret mexanizmlərin hazırlanması və tətbiqi ilə bağlı göstərişlər verdi. Bu növbəti ildə həyata keçiriləcək islahatların strukturu və prioritetliyi baxımından çox əhəmiyyətlidir. 2020-ci ildə ilk dəfə olaraq Azərbaycanın büdcə gəlirlərinin 40 faizindən çoxu sosial sahəyə yönəldiləcək. Birbaşa əməkhaqqı xərclərinin payı 6,7 milyard manat, birbaşa pensiya və təqaüdlərin həcmi 3, 2 milyard manat olacaq. Bu o deməkdir ki, birbaşa əməkhaqqı, pensiya və təqaüdlərə təxminən 10 milyard manata yaxın vəsait yönəldiləcək".

V.Bayramov vurğulayıb ki, Strateji Yol Xəritəsinin birinci mərhələsi 2020-ci ildə başa çatır. Yeni iqtisadi islahatlar mərhələsi başlayır. 2019-cu ilin 9 ayında əldə edilən göstəricilər 2019-cu ilin bütövlükdə pozitiv tonda başa çatacağını söyləməyə əsas verir. Proqnozlaşdırılan 3 faizlik iqtisadi artıma nail olunacaq.

Fəxriyyə İKRAMQIZI

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?