13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar böyükdür

Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki çıxışı ictimaiyyət arasında maraq doğurub. Müşavirədə səsləndirilən fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili diqqəti üç istiqamətə yönəldib. Birinci istiqamət ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Azərbaycan qlobal rəqabətlilik hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox - 11 pillə irəliləyən ölkə olub. Bundan əvvəl Azərbaycanın "Doing Bussines" hesabatında da dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər əlverişli zəmin yaradılıb.

T.Mirkişilinin sözlərinə görə, ikinci istiqamət yaradılan bütün bu zəmin üzərində ölkədə formalaşan iqtisadi mühitdir.

Üçüncü istiqamət iqtisadiyyatın potensialıdır. Azərbaycanın ehtiyatları kifayət qədərdir, iqtisadiyatı daha çox böyüyə bilər: "Əslində, aparılan iqtisadi islahat və yaranmış biznes mühiti iqtisadiyyatımızın bütün sektorlarının daha sürətli və daha çox artmasına imkan yaradır. Sadəcə, buna nail olmaq üçün əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi".

T.Mirkişili hesab edir ki, Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar mövcuddur. Bu ehtiyatlardan daha səmərəli istifadə etməklə bu ehtiyatları bir-birilə daha aktiv, dinamik şəkildə, uzlaşdırmaqla həm ümumi daxili məhsulda, həm qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?