13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 29,4 milyon ton neft nəql edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29.381,8 min ton neft nəql edilib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,86 faiz azalıb.

Hesabat dövründə nəqletmənin 80,5 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 23.648,2 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3.431,4 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz azdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 milyon ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?