14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün Tədbirlər Planına əsasən Bərdə rayonunda "İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında maarifləndirici tədbir keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə bildirilib ki, tərkibi azı beş nəfərdən ibarət olan attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələbinə əməl edilməklə aparılmalı və həmin komissiya qərarı gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu əsasında qəbul etməlidir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edənlər məhkəməyə müraciət edə bilərlər.

İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları, həmçinin hansı kateqoriyalardan olan işçilərin attestasiyasının keçirilmədiyi və s. barədə ətraflı məlumatlar verilib. İştirakçıların müvafiq mövzuda sualları cavablandırılıb.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub, işəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirməyin vacibliyi qeyd edilib.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?