20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda innovativ elektron ticarət mexanizminin tətbiqi imkanları araşdırılır

Çinin e-Trade adlı innovativ elektron ticarət mexanizmi Azərbaycanda öz əksini tapa bilər. Bunu "APA-Economics"ə İnnovasiya Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev deyib. Onun sözlərinə görə, bu yanaşma özündə e-ticarət ekosisteminin üç əsas iştirakçılarını (bankları, elektron ticarət platformalarını və alıcıları) birləşdirərək onlayn satışların həcminin əhəmiyyətli dərəcədə artımına səbəb ola bilər: "İlk növbədə söhbət məlumatların emalından gedir ki, bu da alıcılara onların bank kartlarında lazımi vəsait olmadığı təqdirdə malların sifariş edə bilməsinə imkan yaradır. Bildiyimiz kimi, kart sahibinin kredit qabiliyyəti barədə bankda lazımi məlumat var. Çində belə bir təcrübə var ki, belə olan halda alıcı e-ticarət platformasında özü barədə zəruri məlumatları daxil edir və bu məlumatlar saytla bank arasında təhlil olunaraq, malın satılıb-satılmayacağına dair qərar qəbul edilir. Müsbət cavab aldıqda, alıcı malın dəyərini 12 ayadək bölməklə dərhal əldə edir".

Agentliyinin İdarə Heyətinin üzvü əlavə edib ki, belə bir təcrübənin Azərbaycanda tətbiqi üçün istedadlı İT mütəxəssislər, kompüter proqramçıları cəlb olunmalıdır: "Bu, lokal elektron ticarət platformalarında satışların həcmini və bazar iştirakçılarının sayını artıracaq. İnnovasiya Agentliyi olaraq bizi bu layihənin icra yolları düşündürür".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?