25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Elektron ticarətlə bağlı platformaların inkişafı Azərbaycan hökumətinin diqqətindədir

Elektron ticarətlə bağlı platformaların inkişafı Azərbaycan hökumətinin diqqətindədir

"Hazırda Azərbaycan əhalisi xarici elektron ticarət platformalarından istifadə edir, amma yerli platformaların inkişafı dövlət qurumlarının diqqətində olmalıdır". Bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov deyib. Onun sözlərinə görə, Azərbaycanda elektron ticarətin inkişafı vahid sənəd çərçivəsində həyata keçiriləcək: "Bunun üçün zərurət yaranıb. Elektron ticarətlə bağlı müxtəlif istiqamətlər Azərbaycanda qəbul edilən Strateji Yol Xəritələrində öz əksini tapıb və müxtəlif qurumlar həmin istiqamətlərə cavabdehlik daşıyır. Bakıda keçiriləcək elektron ticarət forumu çərçivəsində aparacağımız müzakirələr bizə bu məsələ ilə bağlı yekun qərar verməyə imkan verəcək. Ötənilki bu cür tədbirdə qəbul edilmiş bəyannamə tövsiyə xarakterli olsa da aidiyyətı qurumlara təqdim olundu. Artıq vahid sənədin hazırlanması istiqamətində işlər aparılır. Ümid edirəm ki, bu il keçiriləcək ikinci forum bu prosesi daha da sürətləndirəcək".

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?