21 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma

Oktyabrın 11-də Azərbaycan Amerika Ticarət Palatası (AmCham) üzvləri üçün "Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma" mövzusunda tədbir təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirə "AmCham"ın təxminən 100 üzvü və tərəfdaşı qatılıb. "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Sonra "AmCham"ın prezidenti Nuran Kərimov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici investorları təmsil edən "AmCham" vasitəsilə xarici investisiyalı şirkətlərin Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması prosesinə yaxından cəlb etmək və onların fəaliyyəti üçün yaradılan əlverişli imkanlar barədə məlumatları çatdırmaqdır.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşmanın tətbiqi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə ətraflı çıxış edib. O vurğulayıb ki, biznes mühiti sahəsində yaranan praktiki məsələlərin vahid platforma (dövlət-biznes dialoqu) çərçivəsində həm dövlət qurumları, həm özəl sektor nümayəndələri, həm də biznes assosiasiyasiyalarının iştirakı ilə müzakirə olunması və bu sahədə həll yollarının birgə işlənilməsi hazırki mərhələdə çox mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda "AmCham"ın üzv şirkətlərinin nümayəndələrinin sualları cavablandırılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?