27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün əmlakın qeydiyyatı haqqında təqdimat keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Daşınmaz əmlakın alğı-satqısı sahəsində tətbiq olunan yeniliklər" mövzusuna həsr edilən təqdimat keçirilib. Tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmlakın qeydiyyatı" işçi qrupu tərəfindən təşkil edilib. Daşınmaz əmlakın alğı-satqısı üzrə aparılan islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırması üçün ictimai birliklər, biznes assosiasiyaları, eyni zamanda hüquq və konsaltinq şirkətləri üçün "Notariat xidmətlərinin avtomatlaşdırılması nəticəsində onlara əlçatanlığın asanlaşdırılması və operativliyin təmin edilməsi", "Daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində aparılan islahatlar" mövzularında təqdimatlar edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, bu sahədə aparılan islahatların nəticəsində Dünya Bankının "Doing Business 2020" hesabatına əsasən Azərbaycan ən çox islahat aparan 20 ölkənin sırasında yer alır və 4 sahədə sahibkarlar üçün daha əlverişli mühit formalaşdırılıb. Əmlakın qeydiyyatı da həmin sahələrdən biri olaraq qeyd oluna bilər.

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə və İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağa-Kərim Səmədzadə mövzu ətrafında təqdimatlar ediblər. Qeyd edilib ki, aparılmış islahatlar, o cümlədən informasiya sistemlərinin inteqrasiyası, sənədlərin rəqəmsallaşdırılması, məlumatların elektron bazada toplanılması nəticəsində daşınmaz əmlakın əldə edilməsi prosedurları xeyli asanlaşıb, müddət minimuma endirilib. Əlavə olaraq, mülkiyyət hüququ haqqında sənədi də artıq elektron qaydada əldə etmək mümkündür. Hətta, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mobil telefondan göndərilən mesajla istənilən vaxtda və yerdə alına bilər.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov isə qeyd edib ki, daşımaz əmlakın qeydiyyatı ilə bağlı ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı "Əmlak kalkulyatoru" mövcuddur. Əlavə olaraq, çıxarışların verilməsinin 1 iş günü müddətinədək həyata keçirilməsi ilə əmlakın qeydiyyatı sahəsində sərf edilən müddət də azaldılıb. O bildirib ki, əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır.

Qeyd edək ki, "Daşınmaz əmlakın alğı-satqısı sahəsində tətbiq olunan yeniliklər" mövzusuna həsr edilən təqdimatda 20-dən artıq qurumun nümayəndələri iştirak edib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?