25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi" müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri çərçivəsində icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, KOS subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması, KOS subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi, innovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərində tədbirlərdən ibarət olub.

Qeyd edilib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq kiçik və orta sahibkarlıq və ümumilikdə biznes mühiti dinamik inkişaf meyli nümayiş etdirməkdədir. Strateji Yol Xəritəsinin icrası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, "Lisenziyalar və icazələr" portalı, İpoteka və Kredit Zəmanət Fondu, daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri yaradılıb. Həmçinin qanunvericiliyin təsiri analizinin tətbiqi, dövlət satınalmalarında KOB subyektlərinin minimum iştirak payı, yoxlamaların 2021-ci ilədək dayandırılması və sənaye klasterlərinin rezidentlərinə verilən güzəşt və imtiyazlar kimi tədbirlər həyata keçirilib.

Müzakirələr zamanı bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol Xəritələrinin icrası, monitorinqi və qiymətləndirilməsi bütövlükdə idarəetmənin səmərəliliyinin, şəffaflığının və hesabatlılığının daha da artmasını təmin edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında 2017-ci ildə sabitləşdirmə, 2018-ci ildə canlanma və 2019-cu ildə yüksək artım tempi təmin olunub. Əgər 2016-cı ildə ölkənin ÜDM-də 3,1 faizlik azalma qeydə alınmışdırsa, iqtisadi proseslərə çevik reaksiya verilməsi və düzgün strateji xəttin seçilməsi nəticəsində 2017-ci ildən başlayaraq iqtisadi inkişaf templəri bərpa olunmağa başlanıb. Belə ki, 2017-ci və 2018-ci illərdə müvafiq olaraq ÜDM-də 0,1 və 1,4 faizlik artım qeydə alınmışdırsa, 2019-cu ilin ilk 8 ayında ÜDM-in artım tempi 2,4 faizə çatıb, qeyri-neft, qaz sektorunun artım tempi 3 faiz təşkil edib, neft-qaz sektoru 1,6 faiz artıb və milli valyutanın məzənnəsinin sabitliyinə nail olunub. Eyni zamanda 2017-ci illə müqayisədə inflyasiya 12,9 faizdən 2019-cu ilin ilk 8 ayının göstəricilərinə əsasən 2,6 faizə düşüb.

Qeyd edək ki, "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi"nə dair müzakirələrdə Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AZPROMO və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri iştirak edib.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?