29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vüsal Qasımlı: "Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir"

Vüsal Qasımlı: "Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəmizdə sosial islahat paketi 3,9 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri əhatə edib. 2019-cu il ərzində minimum əməkhaqqı 93 faiz artırılaraq 130 manatdan 250 manata çatdırılıb: "Hazırda Azərbaycanda minimum əməkhaqqı ölkə üzrə yaşayış minimumunu 40 faiz üstələyir. Əmək haqlarının artımı ölkədə orta aylıq əməkhaqqının artımına da təsir göstərəcək ki, bu da ilin sonuna doğru orta aylıq əməkhaqqının orta hesabla 15 faiz artaraq təqribən 625 manata çatmasına imkan verəcək".

İcraçı direktorun sözlərinə görə, Azərbaycan minimum əməkhaqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdədir: "Bu isə o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əməkhaqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. Digər MDB ölkələri ilə müqayisədə ölkəmizdə dollarla ifadə edilmiş minimum əməkhaqqı Ermənistandan 2,1 dəfə, Qazaxıstandan 1,6 dəfə, Gürcüstan və Rusiyadan isə 1,4 dəfə yüksəkdir".

V.Qasımlı qeyd edib ki, Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əməkhaqqnın yenidən artırılması orta əməkhaqqına da müsbət təsir göstərərək, orta əməkhaqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1.540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir: "Sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır. Ölkə başçısının sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40 faiz artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Ümumilikdə 2019-cu il ərzində əmək pensiyalarının 72 faiz artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə edəcək. Minimal pensiya üzrə yeni göstəricilərə əsasən, Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 476 beynəlxalq dollarla 1-ci yerdə olacaq. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3,7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1,3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1,1 dəfə çoxdur".

Əməkhaqqı və pensiya göstəricilərinin alıcılıq qabiliyyəti paritetinə əsasən Azərbaycanın MDB-də sosial göstəricilərə görə lider ölkə olduğunu vurğulayan V.Qasımlı bildirib ki, bu da öz növbəsində dövlətimizin davamlı iqtisadi inkişaf və əhalinin layiqli həyat səviyyəsi ilə təmin olunması siyasətinin məntiqi nəticəsidir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?