Mis konsentratının hasilatında artım qeydə alınıb
Bu ilin yanvar-oktyabr aylarında ölkənin mədənçıxarma sənayesində 15 998,7 ton mis konsentratı hasil edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 4,8 dəfə artıb.
Bu ilin noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 930,6 ton təşkil edib.
