9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

E-ticarətlə bağlı daha bir yenilik tətbiq olunacaq

Azərbaycanda elektron ticarət (e-ticarət) platformalarında müştərilər ödənişlərini bir toxunuşla həyata keçirə biləcəklər. Bu barədə "APA-Economics"in yaydığı məlumata görə, layihənin icrasına Azərbaycan Beynəlxalq Bankı cəlb olunub.

Hazırda qeyd olunan layihənin icrasına dair texniki və texnoloji imkanlar araşdırılır və ilkin olaraq ani ödənişlərin qəbulu üçün mobil nömrələrdən istifadə ediləcəyi nəzərdə tutulur. Belə ki, satıcıya məxsus mobil nömrə link şəklində alıcıya göndəriləcək, alıcı isə sözügedən linkə daxil olub, ödənişini apara biləcək. Alıcı, həmçinin ödəniş, səhifəsinə daxil olaraq satıcının mobil nömrəsini daxil etməklə aldığı malın dəyərini ödəyə biləcək. Köçürülən məbləğ birbaşa satıcının kart hesabına yatırılacaq.

Qeyd edək ki, layihəni ilkin olaraq "Visa International" vasitəsilə, gələcəkdə isə "Mastercard" sistemi ilə həyata keçirilməsi nəzərdə tutulur.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?