12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatına indiyədək 260 milyard dollardan çox investisiya qoyulub

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat nazirin müavini Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan ofisinin təşkilatçılığı ilə reallaşan "Ağıllı körpü" layihəsinin başa çatmasına dair keçirilən tədbirdə çıxış edərkən bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan investisiyaların 50 faizi xarici investorların payına düşüb: "Texnologiyanın transferi və kommersiyalaşdırılmasına əsaslanan innovativ sahibkarlığın inkişafı bütün dünyada, o cümlədən Azərbaycanda da ən aktual sahələrdə biridir".

Nazir müavini onu da qeyd edib ki, təsadüfü deyil, dünya iqtisadiyyatında geniş formada cərəyan edən, həmçinin investisiyanın cəlb olunması baxımından getdikcə daha da aktuallaşan innovativ sahibkarlığın əhəmiyyəti Azərbaycanda həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindəndir. Tədbir zamanı nazir müavini iki dövlət arasında bir çox sahələrdə yaxın tərəfdaşlıq münasibətlərinin qurulması məqsədilə mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsi, işgüzar dairələr arasında əlaqələrin təşviq edilməsi yolu ilə potensial imkanların inkişaf edilməsi, eləcə də qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyətdən də danışıb.
Tədbirdə çıxış edən KOICA-nın Azərbaycan ofisinin ölkə direktoru xanım Park Kumorun sözlərinə görə, Azərbaycanda informasiya iqtisadiyyatının qurulması prosesi Koreya Respublikasının xüsusi marağına səbəb olub.
Çıxış zamanı P. Kumor Azərbaycandakı fəaliyyətlərindən məmnunluğunu qeyd edib və birgə layihələrin həyata keçirilməsinin üstünlüklərindən danışıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?