22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara 2 milyon manata yaxın güzəştli kredit verilib

Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 21 sahibkara 1,9 mln. manatdan çox güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək, 50-dək yeni iş yerinin açılmasına imkan yaranacaq.

Qeyd edək ki, kreditlər sahibkara Ağdam rayonunda keçirilən işgüzar forumda verilib. Forumda çıxış edən nazir müavini Sahib Məmmədov bildirib ki, bu günədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1.300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 44,6 mln. manat güzəştli kredit verilib. S.Məmmədovun sözlərinə görə, ümumilikdə bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 116,4 mln. manatadək güzəştli kredit verilib və bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılmasının 3.800-dən çox yeni iş yerinin açılmasına imkan yaradılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?