5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə Azərbaycanın investisiya mühiti müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) nümayəndə heyəti arasında görüş olub. İclas zamanı Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair BMK və Azərbaycan hökuməti ilə imzalanan əməkdaşlıq sazişi, eləcə də anlaşma memorandumları istiqamətində ümumi fəaliyyətlə ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, işçi qrupunun müvafiq dövlət qurumlarının əməkdaşları görülən işlər ilə bağlı təqdimatlar edib. Görüş zamanı əməkdaşlıq sazişləri çərçivəsində biznes mühitinin əlverişliliyinin daha da artırılması, xüsusilə azad rəqabət mexanizminin inkişafı və bu sahədə şəffaflığın yüksəldilməsi üzrə həyata keçirilən kompleks tədbirlərdən danışılıb. Layihələr ilə bağlı əsas fəaliyyət istiqamətində də müzakirələr aparılıb.

Tərəflər sazişlər çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ilə fəaliyyəti əsasında Dövlət-Özəl dialoqunun şəffaf və təkmil platformada tam fəaliyyətinin təmin edilməsi istiqamətində görüləcək işləri müəyyənləşdiriblər.

Aparılan müzakirələrin nəticəsi olaraq, ölkənin investisiya mühitini yaxşılaşdırmaq və aqrobiznesin rəqabətliliyini artırmaq səylərini dəstəkləməklə, lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirmək üzrə birgə fəaliyyəti davam etdirmək barədə razılıq əldə olunub. Qeyd edilib ki, investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi edilməsi məqsədilə əməkdaşlıq sazişləri çərçivəsində Azərbaycan hökuməti ilə birgə addımlar davamlı olacaq.

Görüşdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq sazişlər üzrə işçi qrupu, eləcə də BMK-nın təcrübə meneceri Damien Shiels, region üzrə meneceri Jan Van Bilsen, ölkə üzrə meneceri Aliya Əzimova, region üzrə təcrübə rəhbəri İrina Kokaia, layihə meneceri Eka Avaliani, layihə məsləhətçisi Elçin Əhmədov, ərzaq təhlükəsizliyi üzrə ekspert Ekaterina Onul və investisiya siyasəti üzrə ekspert Yoga Arrada iştirak edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?