7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özəl sektorda idarəçilik mövzusunda seminar keçiriləcək

Özəl sektorda idarəçilik mövzusunda seminar keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Müasir iqtisadi reallıqlarda özəl sektorda idarəçilik" mövzusunda seminar keçiriləcək. Sahibkarları maarifləndirmək məqsədi ilə təşkil edilən seminar ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Seminar zamanı Azərbaycanda biznes sahəsində mövcud problemlər, onların həlli yolları, idarəçilik sistemiin qurulması istiqamətində müzakirələr aparılacaq.

Seminar çərçivəsində peşəkar idarəçi Fəxri Ağayev sahibkarlarla öz təcrübəsini bölüşəcək. Fəxri Ağayev peşəkar idarəçi və biznes konsultant, uzun müddət yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmiş, Azərbaycan iş adamları və sahibkarları klubunun qurucusudur.

"Müasir iqtisadi reallıqlarda özəl sektorda idarəçilik" mövzusunda tədbir 08 oktyabr 2019-cu il, saat 09:30-da İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.
Tədbirdə iştirak etmək istəyən şəxslər http://iqtisadiislahat.org/registration/ link vasitəsilə qeydiyyatdan keçə bilər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?