8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda əmanətlərin sığortalanması sistemi müsbət qiymətləndirilir

Azərbaycanda əmanətlərin sığortalanması sistemi müsbət qiymətləndirilir

Azərbaycanın əmanətlərin sığortalanması sistemi regional çərçivədə müsbət praktika kimi qiymətləndirilir. "APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasi müzakirələrdə iştirak edən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən deyib.

Onun sözlərinə görə, bununla yanaşı, dəyişikliklər, hələ ki, gələcək qanunvericilik təşəbbüsündə öz sözünü deməyib, çünki qanunvericilik sahəsində müəyyən boşluqlar mövcuddur və onların aradan qaldırılmasına ehtiyac duyulur: "Biz bu sahədə işləri ən mütərəqqi, qabaqcıl beynəlxalq təcrübələrə əsasən həyata keçirə bilərik. Ümumiyyətlə, fond qərarların verilməsində tam sərbəst, muxtar rejimə malik olmalıdır. Təbii ki, hər bir ölkənin öz xüsusiyyətləri və özəllikləri var".

Dünya Bankının rəsmisi onu da bildirib ki, Azərbaycan xarici məsləhətlərə açıq olmaqla yanaşı, ən mürəkkəb islahatları tətbiq etməyə hazırdır və xarici qurumların təsisatlarında dəstəyini layiqincə istifadə edir: "Biz də öz növbəmizdə ölkənin bu sahədə apardığı islahatları, təşəbbüslərini "Doing Business" reytinqində dəyərləndirmişik. Bununla belə, hələ də görüləcək işlər çoxdur və qeyd etmək istəyirəm ki, biz Dünya Bankı olaraq gərgin əməyi təqdir edir və hər zaman Azərbaycan hökumətinə, Azərbaycan xalqına öz inkişaf cığırında dəstək göstərməyə daim hazırıq".

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?