23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mobil ödəniş xidmətlərini təklif edəcək bankların sayı artırılır

Yaxın aylarda "Azericard" prosessinq mərkəzinin digər tərəfdaş bankları da təmassız mobil ödəniş xidmətlərini öz müştərilərinə təqdim edə biləcəklər. "APA-Economics"in xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən "Azericard" şirkətinin baş direktoru Fərid Quliyev deyib. Onun sözlərinə görə, hazırda bu xidmət Azərbaycan Beynəlxalq Bankının müştərilərinin istifadəsinə verilib: "Hazırda biz 19 yerli və 2 xarici banka sözügedən xidməti göstəririk. Yaxın zamanlar ərzində biz həmçinin biometrik alətlər bazasında qurulmuş yeni ödəniş həllərinin də bazara, son istifadəçilərə təqdim edəcəyik ki, bu da, düşünürük, böyük marağa səbəb olacaq və bu öz növbəsində nağdsız ödənişlərin genişləndirilməsində töhfəsini verəcək".

Qeyd edək ki, hazırda "Azericard" MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hamısı Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?