5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn ildən fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək

Sentyabrın 18-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 335 min 230 nəfərə çatıb. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, EKTİS-də ən çox Sabirabad, Xaçmaz, Bərdə, Şəki, Cəlilabad, Tovuz, Saatlı, İmişli və Ağcabədi rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər. Sabirabadda 15.781, Xaçmazda 12.812, Bərdədə 12.511, Şəkidə 11.601, Cəlilabadda 11.534, Tovuzda 10.968, Saatlıda 10.911, İmişlidə 10.372, Ağcabədidə 10.232 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər.

Ümumilikdə, 245.585 fermer torpaq mülkiyyətini təsdiq edən Dövlət Aktı və şəhadətnamə, 69.519 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 8.265 fermer icarə sənədi, 1.353 fermer torpaq sahəsinin planı, 711 fermer etibarnamə, 399 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları "şəxsi kabinet"ə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.

EKTİS-də "şəxsi kabinet" yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və "ASAN Könüllülər"i fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Azərbaycanın müxtəlif bölgələrində bu prosesə cəlb olunan DAİM əməkdaşları və könüllülərə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçirilib.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və "ASAN xidmət" mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilərlər.

2020-ci ildən Azərbaycanda yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar bölgələrdə fermerlərə yeni təlimlərin keçirilməsinə start verilib. Təlimlərdə fermerlərə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat proseduru, məlumatların daxil edilmə ardıcıllığı barədə məlumatlar verilir.

Qeyd edək ki, gələn ildən etibarən fermerlərə aqrar subsidiyalar EKTİS üzərindən veriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?