23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək birjaları və yarmarkalarının təşkili qaydası təsdiqləndi

Nazirlər Kabinetinin təsdiq etdiyi "Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydası"na əsasən, birjalar və yarmarkalar əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması, işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

Əmək yarmarkasının təşkil edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) şəhər, rayon məşğulluq orqanları və ya "DOST" mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir. Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə yarmarkanın təşkili qrafiki DMX tərəfindən təsdiq edilir. Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin üç ayda bir dəfədən az olmayaraq təşkil olunur. Əmək yarmarkasının təşkili məqsədilə yarmakanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq DMX tərəfindən fəaliyyət planı hazırlanır və təsdiq edilir.

Məlumatlar Nazirliyin rəsmi internet səhifəsində dərc edilir, məşğulluq altsistemində (MAS) işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir. Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstəriləcək:

1. Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatların verilməsi;
2. peşə seçiminə istiqamətləndirilməsi;
3. peşə hazırlığına cəlb edilməsi;
4. haqqı ödənilən ictimai işlərə cəlb edilməsi;
5. iş yerlərinə göndəriş verilməsi.

Əmək birjası isə sifarişçinin müraciəti əsasında işsiz və işaxtaran şəxsləri birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edəcək. İşaxtaran və ya işsiz kimi qeydiyyata alınan şəxs birjada qeydiyyata alınmaq hüququna malikdir. Bunun üçün həmin şəxs "Elektron hökumət" və ya "e-sosial" portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə MAS-dakı müraciət-ərizəni dolduraraq təsdiq edəcək. Birja tərəfindən sifarişlərin qəbulu sifarişçi tərəfindən müraciət-ərizə əsasında, telefon vasitəsilə və ya birbaşa DMX-nin şəhər, rayon məşğulluq orqanlarına və ya "DOST" mərkəzlərinə müraciət etməklə qəbul olunur. Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar DMX-nin şəhər, rayon məşğulluq orqanları və ya "DOST" mərkəzləri tərəfindən MAS-a daxil ediləcək.

Əmək birjasında sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçiriləcək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?