9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir. Forumun keçirilməsində məqsəd Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır.

Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edirlər.

Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgi də təşkil olunacaq. Günün ikinci yarısında Tacikistandan gəlmiş qonaqların Quba və Xaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba "ABAD Factory" İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?