22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səkkiz ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 580 milyon dollara yaxın olub

Cari ilin 8 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 580 milyon dollara yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 milyon dollar çoxdur. Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-avqust aylarında Azərbaycandan bu ölkəyə 300 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 278 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?