21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın ilkin gəlirlər balansındakı kəsiri 6 faiz azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft-qaz sektoru üzrə 1,1 mlrd. ABŞ dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 266,2 mln. dollarlıq profisit yaranıb. Nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz azalaraq 850,3 mln. dollar təşkil edib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 2,3 mlrd. dollar olub.

Bunun 68,6 faizi (1,6 mlrd. dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (952,2 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (177,3 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (244,5 mln. dollar) təşkil edib. "Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 266,1 mln. dollarlıq profisitin yaranmasının əsas səbəbi dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır", - deyə AMB-nin məlumatında qeyd olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?