Gürcüstandan Azərbaycana səfər edənlərin sayı nə qədərdir?
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 89,2 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında bu ölkədən gələnlərin sayı 13,2 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin sentyabr ayına nisbətdə 28,5 faiz, cari ilin avqust ayına nisbətdə isə 7,1 faiz çoxdur.
