Elektron satınalmalar üzrə davamlı aktivlik müşahidə olunub
Bu ilin yanvar-sentyabr ayılarında gündə orta hesabla 62 elektron satınalma elan edilib, 58 elektron satınalma isə yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, bu dinamika satınalma proseslərində davamlı aktivliyi nümayiş etdirir. Həmçinin sahibkarlar üçün yeni iştirak imkanlarının yaranmasına şərait yaradır.
