16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
4SİM sənaye müəssisələrini texnoloji və yaşıl transformasiya mövzusunda bir araya gətirib

4SİM sənaye müəssisələrini texnoloji və yaşıl transformasiya mövzusunda bir araya gətirib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Türkiyənin “MEXT Texnologiya Mərkəzi” tərəfindən sənaye müəssisələrinin transformasiyasına həsr olunmuş “Digital Impact 2026” tədbiri keçirilib. Tədbirin əsas məqsədi texnoloji və yaşıl transformasiyanın sənaye müəssisələrinin fəaliyyətinə, məhsuldarlığına və rəqabət qabiliyyətinə təsiri ilə bağlı təcrübə mübadiləsinin aparılması, həmçinin praktik tətbiq nümunələrinin müzakirəsi olub. Tədbirdə “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbər şəxsləri və transformasiya üzrə məsul mütəxəssisləri, digər yerli şirkətlərin nümayəndələri, eləcə də sənayenin müasir çağırışlarına uyğun akademik tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və elm-sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə yerli universitetlərin və akademik dairələrin təmsilçiləri iştirak ediblər.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” barədə iştirakçılara məlumat verib. Bildirilib ki, proqram yerli müəssisələrdə texnoloji və yaşıl transformasiyanın təşviqinə, texnoloji yetkinliyin artırılmasına və transformasiya təşəbbüslərinin praktik tətbiqinə dəstək göstərir.

MEXT Texnologiya Mərkəzinin nümayəndələri Türkiyədə sənaye müəssisələrinin rəqəmsal, yaşıl və süni intellekt əsaslı transformasiyası üzrə təcrübələrini bölüşüblər. Mərkəzin müəssisələrin rəqəmsal hazırlığının qiymətləndirilməsi, transformasiya yol xəritələrinin hazırlanması, qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi və mütəxəssislərin bacarıqlarının inkişafı istiqamətlərində fəaliyyəti barədə məlumat verilib. Həmçinin Türkiyədən praktik nümunələr əsasında süni intellekt həllərinin istehsalın səmərəliliyinin artırılmasına, avadanlıqların boşdayanma müddətlərinin və enerji sərfiyyatının azaldılmasına müsbət təsiri nümayiş etdirilib.

Daha sonra “İnsan və texnologiya vəhdəti” mövzusunda panel müzakirəsi keçirilib. SOCAR Karbamid zavodunun, “Azerfloat”, “Veysəloğlu” və “Azərsun Holdinq” şirkətlərinin transformasiya təcrübələri iştirakçılarla bölüşülüb. Müəssisələrin transformasiya prosesində qarşılaşdıqları çağırışlar, seçdikləri yanaşmalar və əldə etdikləri nəticələr müqayisəli şəkildə təqdim edilib. Müzakirələrdə, həmçinin, transformasiyanın yalnız texnologiyaların tətbiqi ilə məhdudlaşmadığı, idarəetmə yanaşmasının, təşkilati hazırlığın, insan kapitalının və dəyişikliklərin idarə olunmasının da prosesin nəticələrinə birbaşa təsir göstərdiyi vurğulanıb.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?