16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan “Web Summit 2026”- da ilk dəfə milli pavilyonla təmsil olunub

Azərbaycan “Web Summit 2026”- da ilk dəfə milli pavilyonla təmsil olunub

Azərbaycan 9-12 noyabr 2026-cı il tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən “Web Summit 2026” tədbirində ilk dəfə milli pavilyonla təmsil olunub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, pavilyonda ölkənin innovasiya ekosistemi, texnopark imkanları, eləcə də yerli texnologiya şirkətlərinin maliyyə texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, kosmik və rəqəmsal xidmətlər sahəsindəki innovativ həlləri nümayiş etdirilib.

Sammit çərçivəsində müxtəlif ölkələrdən olan şirkət, startap və investorlarla görüşlər keçirilərək beynəlxalq bazarlara çıxış, əməkdaşlıq, eləcə də yeni texnopark və vençur qanunvericiliyinin yaratdığı üstünlüklər müzakirə olunub. Bundan əlavə, tədbir zamanı Portuqaliyada fəaliyyət göstərən azərbaycanlı texnologiya mütəxəssisləri və ekosistem iştirakçıları ilə görüş baş tutub.

Qeyd edək ki, “Web Summit” hər il on minlərlə iştirakçını bir araya gətirən, innovativ məhsulların təqdimatı, investisiyaların cəlbi və qlobal texnoloji tərəfdaşlıqların qurulması baxımından dünyanın ən böyük texnologiya platformalarından biridir.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?