16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir keçirilib

İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir keçirilib

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin ofisi, İstanbul Anadolu Yaxası Sənaye Zonası (İAYOSB) və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycanın İstanbulda Baş Konsulluğunun iştirakı ilə ölkəmizin investisiya imkanlarına dair tədbir keçirilib. Tədbirdə Türkiyənin müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.

“Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbirdə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib, bu mövzuda təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev İAYOSB-nin İdarə Heyətinin sədri Murat Çökmez ilə görüşüb. Görüşdə birgə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?