12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azər Bayramov: “İxracın strukturu və coğrafiyası genişlənir”

Azər Bayramov: “İxracın strukturu və coğrafiyası genişlənir”

“İxracın strukturu və coğrafiyası genişlənir. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20%-dən çox artaraq 3,6 milyard dollara çatıb, bunun 60%-dən çoxu sənaye məhsullarıdır. Daxili bazarın məhdud həcmi nəzərə alınaraq, müəssisələrin daha çox xarici bazarlara istiqamətlənməsi iqtisadi siyasətin mühüm vəzifələrindəndir”.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Azər Bayramov vurğulayıb ki, iqtisadi siyasət prioritetləri müəyyənləşdirilərkən özəl sektorun iqtisadi artımın, innovasiyanın və məşğulluğun aparıcı qüvvəsi olması daima diqqət mərkəzində saxlanılıb. Özəl sektorun inkişafı istiqamətində görülən işlər öz müsbət nəticələrini yeni müəssisələrin yaradılmasında, məşğulluğun artmasında, istehsalın və ixracın genişlənməsində göstərib.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?