Qazaxıstanın Aktau limanından neft yükləmələrinin 45 faizindən çoxu BTC-nin payına düşüb
2026-cı ilin 10 ayı ərzində “KazTransOil” SC-nin Aktau dəniz limanındakı infrastrukturu vasitəsilə Bakı–Tbilisi–Ceyhan (BTC) əsas neft kəməri istiqamətində 1,321 milyon ton neft yüklənib ki, bu da bütün liman yükləmələrinin 45 faizindən çoxunu təşkil edir.
Şirkətin məlumatına görə, ümumilikdə bu limanda tankerlərə 2,922 milyon ton neft doldurulub (2025-ci ilin səviyyəsi ilə müqayisədə 288 min ton çox).
Hesabat dövründə “KazTransOil”un əsas neft kəmərləri sistemi ilə neft nəqlinin ümumi həcmi 38,306 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 1,323 milyon ton üstələyir.
