6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasında olub

Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasında olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti 2026-cı ilin 4-6 noyabr tarixlərində Koreya Respublikasında keçirilən “2026 K-Geo Festa” tədbirində iştirak ediblər. Xidmətin bu kimi beynəlxalq platformalarda təmsil olunması ölkəmizin geoməkan infrastrukturu üzrə qlobal təşəbbüslərə inteqrasiyasını gücləndirir və davamlı inkişaf məqsədlərinə töhfə verir.

Nümayəndə heyəti Koreyada daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri, xəritəçəkmə, geodeziya, milli məkan məlumatları, daşınmaz əmlakın qimətləndirilməsi və bu sahələrdə istifadə olunan süni intellekt həlləri ilə tanış olublar.

Dövlət Xidmətinin əməkdaşları ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat veriblər.

Səfər çərçivəsində aparılan müzakirələr və təcrübə mübadiləsi iki ölkə arasında geoməkan məlumatlarının idarə olunması və kadastr sahəsində gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə zəmin yaradır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?