İnvestisiya təşviqi ilə 1,45 milyard dollarlıq avadanlıq idxal edilib
İqtisadiyyatın şaxələndirilməsində özəl sektor həlledici rol oynayır. Dövlət dəstək mexanizmləri genişləndirilir, sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edərkən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
Nazir müavininin sözlərinə görə, makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli biznes mühiti investorların ölkəmizə etimadını gücləndirir. “İnvestisiya təşviqi mexanizmi çərçivəsində sahibkarlar 1,45 milyard dollarlıq müasir texnika və avadanlıq idxal edib, bu idxal üzrə vergi və rüsumlardan 350 milyon dollardan çox güzəşt əldə olunub. Təşviq sənədi almış layihələrin təxminən üçdə ikisi sənaye, üçdə biri isə kənd təsərrüfatı sahəsini əhatə edir", - Anar Axundov əlavə edib.
