Azərbaycan və Surinam arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib YENİLƏNİB
İqtisadiyyat naziri Mikayıl Cabbarov Surinam Respublikasının iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron ilə görüşüb.
Görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, həmçinin işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.
-----
15:03
Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron ilə görüşdük.
Bu barədə istisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.
"Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi apardıq", - nazir əlavə edib.

