6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-i ötüb

Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-i ötüb

Zəfər ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar açıb. Cari il “2022–2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilidir, 2027–2030-cu illər üçün isə yeni Strategiya hazırlanır.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edərkən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.

“Cənab Prezidentin rəhbərliyi ilə aparılan siyasətin çərçivəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə müəyyən edilib. Bugünkü iclasda təmsil olunan komitələrin fəaliyyət sahələri bu prioritetlərdən üçü ilə birbaşa bağlıdır: “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”, “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” və “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı", - Anar Axundov qeyd edib.

Nazir müavininin sözlərinə görə, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir. “Strategiya dövrünün yekunlarına əsasən qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2% olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir. Cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5% təşkil edib. Qeyri-neft-qaz sektoru 2,6% böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70%-i ötüb. İlin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı proqnozlaşdırılır. Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6%, nəqliyyat və anbar təsərrüfatında 10%, informasiya və rabitədə 11,1% artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6% yüksəlib", - Anar Axundov bildirib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?