Ölkədən 27 milyon dollarlıq tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 27 milyon ABŞ dolları dəyərində tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,6 faiz artıb.
Cari ilin ilk 9 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,41 faizə bərabər olub.
