Tailandla ticarət dövriyyəsi 14 faizdən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Tailandla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 14,4 faiz artaraq 146,8 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Tailandla ticarətin payı 0,39 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
